;Realın futbolçuları hücuma məruz qaldılar
24 Mart 2015 11:48 İdman"Real"ın İspaniya La Liqasının 28-ci turunda "Barselona"ya məğlubiyyəti (1:2) azarkeşlərin narazılığına səbəb olub.
Trend-in İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisinin azarkeşləri klubun bazası önündə komandanın futbolçuları və baş məşqçi Karlo Ançelotti haqda təhqiramiz ifadələr səsləndiriblər. Daha sonra onlar klubun bazasını tərk edən "Real"ın oyunçularından Qaret Beyl, Xese Rodriqes və Serxio Ramosun avtomobilini yumruqlayıblar.
Artıq "Real" həmin azarkeşləri klub üzvlüyünün ləğv ediblər. Həmçinin həmin şəxslər məhkəməyə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31