"Qalatasaray" rəqibinə şok yaşatdı (FOTO)
Sarı-qırmızılılar xal hesabını 55-ə çatdırıb
21 Mart 2015 23:18 İdmanTürkiyədə Spor Toto Super Liqasının 25-ci həftəsində "Qalatasaray" və "Kasımpaşa" klubları üz-üzə gəlib.
ANS PRESS-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan stadionunda keçirilən oyunda sarı-qırmızılılar ikinci hissədə üstünlüyü ələ ala bilib.
"Kasımpaşa" 17-ci dəqiqədə Andre Kastro və 43-cü dəqiqədə Tunay Torunun vurduğu qollarla fasiləyə üstün şəkildə yollanıb. Lakin ikinci hissədə "Aslanlar" rəqibinə şok yaşadıb.
Belə ki, sarı-qırmızılılar 52-ci dəqiqədə Səlcuq İnan, 55-ci dəqiqədə Umid Bulut və nəhayət 65-ci dəqiqədə Burak Yılmazın qolları ilə rəqibini göz açmağa imkan verməyib.
Matç 3:2 hesabı ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31