DÇ-2022-nin təqvimi açıqlandı
20 Mart 2015 13:49 İdman2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimi açıqlanıb.
Trend FIFA-nın saytına istinadən məlumat verir ki, qurumun İcraiyyə Komitəsi mundialın final mərhələsinin 28 gün keçirilməsi barədə qərar qəbul edib.
32 yığmanın iştirak edəcəyi çempionata 2022-ci il noyabrın 21-də start veriləcək. Final matçı dekabrın 18-də keçiriləcək.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı ilk dəfə qışda təşkil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31