Azərbaycan – Danimarka - 11:2

Ötən gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin növbəti oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, millimiz 2-ci görüşünə çıxıb.

Komandamız Danimarka yığması ilə münasibətlərinə aydınlıq gətirib. Start matçında Belçikaya 3:1 hesabı ilə qalib gələn futzalçılarımız 2-ci sınağdan da üzü ağ çıxmağı bacarıb. Bu dəfə millimiz rəqibini darmadağın edib - 11:2

Qeyd edək ki, Danimarka ilk görüşdə Ukraynaya 2:5 hesabı ilə uduzub.

AVRO-2016-nın əsas seçmə mərhələsi
IV qrup
19 mart

Azərbaycan - Danimarka - 11:2

Qollar: De Araujo, 7; 34, Rəcəb Fərədzadə, 13, Vitali Borisov, 18, Amadeu, 25, İsa Atayev, 31; 38, Auqusto Sezar, 32, Romaz Çovdarov, 33; 37, Rizvan Fərzəliyev, 35 - Yakob Yensen, 21, M. Yensen, 31.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31