Güləşçilərimiz Avropa çempionatına qatılacaq
19 Mart 2015 13:18 İdmanMartın 24-29-u tarixlərində Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. AGF-dən "OLAYLAR"-a verilən məlumata görə, yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək. Məlumat üçün bildirək ki, ilk dəfə keçiriləcək U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaq. Çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Polşaya Mircəlal Həsənzadə (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Murad Süleymanov (70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Əli Maqomedabirov (125 kq) yollanacaq. Martın 26-27-də isə çempionatda qızlar mübarizəyə qoşulacaq. Avropa çempionatının son iki günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq. Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.