"Xəzər Lənkəran"da cəzalar başlayır

Premyer Liqanın XXVI turunda səfərdə AZAL klubuna 1:3 hesabı ilə məğlub olan "Xəzər Lənkəran" sərbəst buraxılıb.

"Qafqazinfo" 12cioyuncu.info-ya istinadən xəbər verir ki,  komanda Premyer Liqada yaranan fasilə müddətinin yarısını istirahətdə keçirəcək. Novruz bayramından sonra, martın 24-də cənub təmsilçisi Lənkəranda toplanacaq. Məhz bayramdan sonra klubda görüləcək ciddi tədbirlər barədə ictimaiyyətə açıqlama veriləcək. Məlumata görə, komandanın bir neçə üzvünün cəzalandırılaraq əvəzedici heyətə göndəriləcəyi də gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31