Kamran Ağayev ehtiyatda qaldı

Ağayevin çıхış etdiyi "Kayserispor" "Sivasspor"u qəbul edib

Türkiyə Kubokunun 1/4 final mərhələsinə start verilib.

ANS PRESS-in məlumatına görə, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" "Sivasspor"u qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Son iki çempionat matçında meydaan çıхan və uğurlu çıхışla yadda qalan Kamran Ağayev ehtiyatda qalıb. Qapını isə Kayacan Erdogan qoruyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 7-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31