"Qəbələ" səfərdə "İnter"i məğlub etdi, "Qarabağ" və AZAL qalib gəldilər

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Trend-in məlumatına görə, "Bakı" doğma meydanda "Simurq"u qəbul edib. Paytaxtın autsayder klubu bu dəfə də məğlub olub - 0:3.
"Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ağdam təmsilçisi Reynaldonun dublu sayəsində qələbə qazanıb - 1:2.

Son vaxtlar baxımlı oyun sərgiləyən AZAL "Xəzər Lənkəran"ı sınağa çəkib. Oyunda hesabı qonaqlar açsa da, "təyyarəçilər" toparlanaraq rəqib qapısından 3 top keçirə biliblər - 3:1.
"İnter" isə "Qəbələ"ni qəbul edib. Qonaqlar səfərdə özlərini qonaq kimi aparmayıblar. Belə ki, hesabı "Qəbələ"nin heyətində Aleksey Qay açıb.

74-cü dəqiqədə Aleksandr Amisulaşvili hesabı bərabərləşdirsə də, əsas vaxta əlavə olunmuş dəqiqələrdə Ruslan Abışov son nöqtəni qoyub - 1:2.

--------
18:09

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir.
Trend-in məlumatına görə, "Bakı" doğma meydanda "Simurq"u qəbul edib. Paytaxtın autsayder klubu bu dəfə də məğlub olub - 0:3.
"Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ağdam təmsilçisi Reynaldonun dublu sayəsində qələbə qazanıb - 1:2.
Son vaxtlar baxımlı oyun sərgiləyən AZAL "Xəzər Lənkəran"ı sınağa çəkib. Oyunda hesabı qonaqlar açsa da, "təyyarəçilər" toparlanaraq rəqib qapısından 3 top keçirə biliblər - 3:1.
Tura bu gün "İnter" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

---------
16:26

Topaz Premyer Liqasında 26-cı turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq turun matçları eyni günə təsadüf edir.

Topaz Premyer Liqası
26-cı tur
18 mart (çərşənbə)
"Bakı" - "Simurq" - 0:2 (2-ci hissə)
Qollar: S.Zərgərov, 3 (0:1). D.Çeran, 40 (0:2).
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

"Bakı": 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 55. Aydın Mustafazadə, 6. Vüqar Bəybalayev, 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 99. Kamil Nurəhmədov, 77. Ramazan Abbasov, 10. Nurlan Novruzov (k), 9. Raul Yaqubzadə, 5. Georgios Pelagias.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 15. Azad Kərimov, 11. Tural Qürbətov, 21. Elşad Manafov, 28. Ülvi Quliyev, 16. Rüstəm Rüstəmli.
Baş məşqçi: İbrahim Uzunca.

"Simurq": 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 22. Cihan Özkara, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 13. Əli Kökdemir, 15. Stepan Polyak.
Baş məşqçi: Georgi Çixradze.

AZAL - "Xəzər Lənkəran" - 0:1 (1-ci hissə)
Qol: İ.Ələkbərov, 14 (0:1).
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Etibar Həsənov.
Bakı. "AZAL Arena".

AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 21. Novruz Məmmədov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 8. Seymur Əsədov, 3. Xuan Fransisko, 20. Freddi Mombonqo, 25. Valeri Kutsenko.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 23. Aleksandr Şemonayev, 12. Luis Ramos, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 18. Orxan Lalayev, 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.

"Xəzər Lənkəran": 19. Vyekoslav Tomiç, 6. İlqar Ələkbərov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Nurxan Mənsimzadə, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 63. Alfred Sanko, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 3. Rasim Ramaldanov, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 96. Anar Babazadə, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Elbrus Məmmədov.
"Sumqayıt" - "Qarabağ" - 0:0 (1-ci hissə)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Diniyev.
Sumqayıt. "Kapital Bank Arena".

"Sumqayıt": 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 10. Tərzin Cahangirov, 11. Şahin Əliyev, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 76. Uğur Pamuk, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.

---------
09:46

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turun bütün görüşləri bu günə nəzərdə tutulub.
"Simurq" səfərdə autsayder "Bakı" ilə qarşılaşacaq. Matçın favoriti Zaqatala təmsilçisi olsa da, paytaxt klubu rəqibindən xal almağa çalışacaq.

Lider "Qarabağ" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Ağdam təmsilçisi oyunun aşkar favoriti sayılır.

Son vaxtlar uğursuz nəticələri ilə yadda qalan "Xəzər Lənkəran" səfərdə AZAL-ın qonağı olacaq.

Günün son oyunu da paytaxtda keçiriləcək. Burada çempionluğa iddiasını davam etdirən "İnter" "Qəbələ"ni qəbul edəcək.

18 mart (çərşənbə)
Azərbaycan Premyer Liqası, XXVI tur

15:00. "Bakı" - "Simurq"
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, ehtiyat meydança

16:00. AZAL - "Xəzər Lənkəran"
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev
"AZAL Arena"
16:00. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov
"Kapital Bank Arena"

18:00. "İnter" - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev
İnter Arena"
Turnir cədvəli

N Klublar O Q H M T-F X
1 Qarabağ 22 15 4 3 37-19 49
2 İnter 22 11 10 1 37-10 43
3 Neftçi 23 11 6 6 27-18 39
4 Qəbələ 23 8 7 8 28-31 31
5 Simurq 22 8 5 9 31-26 29
6 AZAL 22 7 7 8 24-29 28
7 Xəzər Lənkəran 22 6 5 11 26-31 23
8 Sumqayıt 22 4 7 11 20-31 19
9 Bakı 22 2 5 15 15-50 11
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0

Bombardirlər
Nurlan Novruzov ("Bakı") - 11 qol
Draqan Çeran ("Simurq") - 10 qol
Mikel Alvaro ("İnter") - 8 qol
Franka Nildo ("İnter") - 8 qol
Məhəmməd Qurbanov ("Sumqayıt") - 8 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol
Freddi Mombonqo (AZAL) - 6 qol
Reynaldo Silva ("Qarabağ") - 6 qol
Cavid Hüseynov ("Qəbələ") - 6 qol

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31