Topaz Premyer Liqası: 26-cı tur rəqəmlərin gözü ilə

Martın 18-də Topaz Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək. "Olaylar"ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq turun matçları eyni günə təsadüf edəcək.
AZAL  - "Xəzər Lənkəran" - 26 oyun, +4=9-13, top fərqi 19:34
Son 6 oyunda hər iki komanda qol sevinci yaşayıb. Ardıcıl 5 matçda heç-heçə qeydə alınıb. AZAL 9 görüşdür meydanı qolsuz tərk etmir.
"Bakı" - "Simurq" -  - 22 oyun, +11=7-4, top fərqi 27:19
"Bakı" 8 oyundur meydanı qolsuz tərk etmir. "Simurq" son 12 oyunda cəmi 1 qələbə qazanıb. Paytaxt təmsilçisi son 4 ev oyununda xal itirməyib.
"İnter" - "Qəbələ" - 26 oyun, +13=8-5, top fərqi 39:20
"Qəbələ" son 4 oyunda qalib gəlməyib. Bakıdakı son 10 qarşılaşmada qonaqlar cəmi 1 qələbə qazanıb.
"Sumqayıt" - "Qarabağ" - 10 oyun, +3=1-6, top fərqi 5:23
Texniki nəticəni nəzərə almasaq, son 4 qarşılaşmada qol vuran komanda qalib gəlib. Bu 4 görüşdə "Sumqayıt" cəmi 1 qol vurub. 10 oyundan beşində böyükhesablı nəticə qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31