"Qarabağ" və "Neftçi" yarımfinalda
13 Mart 2015 18:12 İdmanBu gün Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları keçirilir. Trend-in məlumatına görə, "Bakı" doğma meydanda "Qarabağ"ı qəbul edib. İlk görüşdə 3:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi bu dəfə də rəqibinə göz açmağa imkan verməyib. Hesabı 8-ci dəqiqədə "Bakı"nın heyətində Mahir Mədətov açsa da, "Qarabağ" futbolçuları təşəbbüsü ələ ala biliblər. 15, 59 və 70-ci dəqiqələrdə Vüqar Nadirov, 57-ci dəqiqədə isə Cavid Tağıyev fərqlənib - 1:4. Digər oyun AZAL və "Neftçi" komandaları arasında keçirilib. İlk görüşdə qolsuz bərabərlik qeydə alınsa da, cavab oyununda "Neftçi" Julius Vobayın qolu ilə minimal hesablı qələbə qazana bilib - 0:1.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31