Bakıya neçə erməni gələcək?
"Bakı 2015"in rəsmisi Olimpiya stadionun vəziyyətindən danışdı
13 Mart 2015 15:06 İdman"Hələlik neçə erməni idmançının Bakı 2015 Avropa Oyunlarında iştirak edəcəyi hələlik bilinmir". Anspress-in məlumatına görə, bunu Bakı 2015-in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq deyib. O bildirib ki, konkret olaraq erməni idmançıların sayınını demək çətindir: "Çünki akreditasiya üçün olan müddət hələ bitməyib. Onu deyə bilərəm ki, onların 6 idman növü üzrə iştirak hüququ var. Dediyim kimi, bu barədə konkret nəsə deməkdə çətinlik çəkirəm". S.Kleq həmçinin Olimpiya stadiounu ilə bağlı suallara da münasibət bildirib. O qeyd edib ki, Olimpiya stadionu yüksək səviyyəli stadiondur: "Stadionla bağlı yayılan təxribat xarakterli məlumatlarla vaxt itirmək fikrində deyilik. Gərək ittihamlar üçün dəqiq faktlar və suallar olsun".