Dünyanın ən zəif millisi ilk qələbəsini qazandı
Bu barədə FİFA prezidenti Yozef Blatter öz Twitter səhifəsində yazıb
12 Mart 2015 19:45 İdmanButanın milli yığması öz tarixində birinci qələbəni qazanıb. ANS PRESS-in məlumatına görə, bu barədə FİFA prezidenti Yozef Blatter öz Twitter səhifəsində yazıb. Belə ki, 2018-ci il Dünya çempionatının təsnifat mərhələsində Butan Şri-Lanka ilə üz-üzə gəlib. Butan matçdan minimal hesabla qalib ayrılıb.
Qeyd edək ki, Butan yığması FİFA-nın reytinqində son yerdə qərarlaşır. Komanda reytinq cədvəlində 209-cu pillədə qərarlaşıb. Şri-Lanka isə reytinq cədvəlində 174-cü pillədə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31