Kasilyas səhvini etiraf etdi

"Real"ın qapıçısı İker Kasilyas Çempionlar Liqasının 1/8 finalında "Şalke"yə uduzduqları oyun haqda danışıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kasilyas buraxılan qollarda səhvinin olduğunu etiraf edib: "Çətin keçən oyun sonrasında mərhələni keçdik. Şans da bizim tərəfimizdə idi. Bu oyun bizə böyük təcrübə oldu. Matçda buraxılan 3 qolda səhvimi boynuma alıram. Təbii ki, oynadığım ən yaxşı matçlardan biri deyildi. Mənim kimi bütün komandanın toparlanması lazımdır. Hər şeyə sıfırdan başlayacağıq və azarkeşlərimiz də bizi dəstəkləyəcək".

Qeyd edək ki, dünən evdə "Şalke"yə 3:4 hesabı ilə uduzan "Real" növbəti mərhələyə adlayan tərəf olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31