Kriştianu Ronaldo yeni rekorda imza atdı
11 Mart 2015 11:24 İdman"Real"ın hücumçusu Kriştianu Ronaldo Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Şalke" ilə matçda dubl edib. Apasport.az saytının məlumatına görə, 25 və 45+1-ci dəqiqələrdə fərqlənən portuqaliyalı futbolçu qitə miqyaslı klub turnirində rekorda imza atıb. Ronaldo vurduğu qollarının sayını 78-ə çatdırıb. Bununla da Kriştianu "Kral klubu"nun sabiq oyunçusu Raul Qonzales (77) və "Barselona"ın forvardı Lionel Messini (76) geridə qoyub.
Qeyd edək ki, "Real" "Şalke"yə 3:4 hesabı ilə uduzsa da, 1/4 finala vəsiqə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31