AGF ilə BAOƏK arasında anlaşma memorandumu imzalanıb

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Güləş Federasiyası (AGF) arasında memorandum imzalanıb. "OLAYLAR"-ın xəbərinə görə, anlaşmaya əsasən, aprel ayında güləş yarışları üzrə test turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirdə yeniyetmə və gənc güləşçilər aprelin 16-dan 19-dək Heydər Əliyev adına İdman-Konsert kompleksində qüvvələrini sınayacaqlar. Yarışlar Avropa Oyunlarına test xarakteri daşıyacaq. Memorandumun imzalanma mərasimində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev, Federasiyanın baş katibi Əjdər Cəfərov və Bakı-2015 Avropa Oyunları Əməliyyat komitəsinin korporativ direktoru Elçin Səfərov iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31