AFFA 5 klubu cəzalandırdı
10 Mart 2015 15:52 İdmanAFFA-nın İntizam Komitəsinin iclasında verilən qərarları açıqlanıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, XXIII Topaz Premyer Liqasının XXV turunun "Qəbələ" - "Sumqayıt" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Eyni zamanda "Neftçi" - "İnter" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000, "Qarabağ" - "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat, AZAL - "Bakı" matçının 69-cu dəqiqəsində "Bakı" klubunun 85 №-li futbolçusu Jaba De Carvalho idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 27 №-li futbolçusu Rəşad Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2000 manat cərimə edilib.