Bakı Olimpiya stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb
10 Mart 2015 14:08 İdman2012-ci ilin dekabr ayında tikintisinə başlanılmış "Bakı Olimpiya stadion" un istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib. "OLAYLAR"-ı GİN-ə istinadən verdiyi xəbərə görə, obyekt Gənclər və İdman Nazirliyi tərəfindən podratçıdan təhvil alınıb. Məlumat üçün bildirək ki, Bakı Olimpiya stadionunun sifarişçisi Gənclər və İdman Nazirliyi, baş podratçısı Dövlət Neft Şirkəti (ARNDŞ), Subpodratçı isə "Tekfen İnşaat və təsisat A.Ş" olmuşdur. Prosedura oyğun şəkildə layihə sənədləri hazırlanmış və müvafiq qaydada ekspertizadan keçirilib. Stadionun tikintisi cədvəl əsasında vaxtında aparılıb. Obyektin müvafiq təşkilatlar tərəfindən yoxlanılması işləri aparılmış və tikinti norma və qaydalarına, layihə sənədlərinə uyğun tikilməsi barədə rəy verilib. Yuxarıda qeyd edilən sənədləşmə işləri başa çatdıqdan sonra obyektin istismarına aidiyyatı qurum tərəfindən müvafiq qaydada icazə verilib.