Azərbaycan gimnastı bürünc medal qazandı
6 Mart 2015 17:02 İdmanAzərbaycan gimnastı Marina Durunda Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının bürünc mükafatçısı olub. O, halqa ilə tapşırıqda 17,450 bal toplamaqla üçüncü yerə çıxıb. Birinci yeri 18,866 balla Yana Kudryavtseva, ikinci yeri isə 17,716 balla gürcüstanlı Salome Pajava tutub. Azərbaycan komandası akrobatika üzrə qrup yarışlarında qadınlar arasında statik tapşırıqların yekununda qızıl medal qazanıb. Almaniyalı idmançılar ikinci olublar.
Qeyd edək ki, bu proqram növündə çempionatda iki ölkə təmsil olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31