AFFA FIFA-ya minnətçi düşdü
5 Mart 2015 16:02 İdmanUkraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib. Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Ukrayna Futbol Federasiyasından bildirilib ki, P.Paşayev bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb. AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31