Ukraynalı futbolçu Azərbaycan millisində oynamaq üçün AFFA-ya müraciət etdi
5 Mart 2015 15:07 İdmanUkraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini bildirib. Bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyası bildirib ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31