Filipp Silaçi: Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı gözəl təşkil edilib

"Avropa Oyunları ərəfəsində sınaq xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı gözəl təşkil edilib". Bunu Trend-ə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin KİV-lərlə iş üzrə meneceri Filipp Silaçi deyib. O bildirib: "Biz burada evimizdəki kimiyik. Gimnastika üçün hər şey düşünülüb və nəzərdə tutulub. KİV-lər üçün iş və məşqlər üçün şərait optimaldır". F.Silaçi qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasının dünya çempionatları, dünya kubokları, Avropa çempionatlarının təşkilində böyük təcrübəsi var: "Federasiyanın baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının vitse-prezidentidir, buna görə də o, beynəlxalq səviyyəli təcrübəyə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31