Həmrəyliyi İdman Federasiyalarının III çempionatı keçiriləcək

Martın 10-18-i tarixlərində Türkiyənin Antalya şəhərində ağır atletika idmanı üzrə kişi və qadın komandalar arasında İslam Həmrəyliyi İdman Federasiyalarının III çempionatı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, çempionatda ölkəmizi kişilərdən ibarət komandamız təmsil edəcək. Məşqçi Nəbiyev Xanların rəhbərliyi ilə ölkəmizi təmsil edəcək idmançıların siyahısı belədir: Abışov Allahyar, Məmmədli Məhəmməd, Nəbiyev Rauf, Şərifov Elşad, Qocayev Həmid. Yarışda dopinq yoxlanışı Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) qaydaları əsasında aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31