Bəxtiyar Abbasov Boykoya qarşı
4 Mart 2015 16:48 İdmanAzərbaycanın və "Qəbələ" İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünə çıxacağı barədə məlumat vermişdik. Sabah keçiriləcək qarşılaşmada rəqib gözlənildiyi kimi Pavel Kuş deyil, ukraynalı Aleksandr Boyko olacaq. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəqibin dəyişməsinə səbəb Kuşun zədələnməsi və döyüşdən imtina etməsidir. 84 kq çəkiyə malik Boyko peşəkar rinqdə 20 döyüş keçirib. Bunlardan 12-də qalib gələn Ukrayna təmsilçisi 8 qarşılaşmada məğlub olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31