Qadın güləşçilərimiz Dünya Güləş Birliyinin reytinqində
4 Mart 2015 15:20 İdmanDünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. AGF-dən "OLAYLAR"-a bildirilib ki, qadın güləşçilərin reytinq sıralamasında 5 güləşçimizin adı var. Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, Dünya və dördqat Avropa çempionu Mariya Stadnik 2-ci pilləyə yüksəlib. Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dünya və Avropa çempionu Yuliya Ratkeviç isə 2 pillə gediləyərək 4-cü sırada qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31