Azərbaycanın Milli yığma komandası Rusiyanın Kirov şəhərinə yola düşüb
4 Mart 2015 15:16 İdmanAzərbaycanın buzadırmanma üzrə Milli yığma komandası 6-8 mart 2015-ci il tarixlərində Rusiyanın Kirov şəhərində keçiriləcək sürət üzrə Buzadırmanma üzrə Dünya Çempionatında (UİAA İce Climbing World Cup and World Championships (Speed) Russia 2015) iştirak edəcək. Çempionatda ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) 7 nəfərlik nümayəndə heyəti təmsil edəcək. Kişilər və qadınlar arasında sürət üzrə üç gün davam edəcək yarışlarda komandamızın üzvləri qüvvələrini sınayacaqlar. İdmançılarımızın hər birinə uğurlar arzulayırıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31