Kubokun oyunları üçün təyinatlar müəyyənləşdi

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək  ilk oyunlar üçün bütün təyinatlar müəyyənləşib. Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, "Qarabağ" - "Bakı" qarşılaşması Vüsal Əliyevə, "Qəbələ" - "Simurq" matçı isə Əliyar Ağayevə tapşırılıb.

4 mart (çərşənbə)

"Neftçi" - AZAL
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Fariz Yusifov

"İnter" - "Xəzər Lənkəran"
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Coşqun Həsənov, Xəlil Xəlilov

"Qarabağ" - "Bakı"
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Nahid Əliyev, Rəhim Həsənov

"Qəbələ" - "Simurq"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31