Millimiz beynəlxalq turnirdə iştirak edəcək

21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə iştirak edəcək. Qol.Az-ın məlumatına görə, bu barədə AFFA-nın saytı məlumat yayıb. Turnirin iştirakçısı olan digər komandalar turnirdə əsas yığmalarla təmsil olunacaq. Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

12 mart
Malta - Azərbaycan

13 mart
Bəhreyn - Azərbaycan

15 mart
Azərbaycan - Kipr

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31