"Qalatasaray" prezidenti xəstəxanalıq oldu
4 Mart 2015 11:34 İdmanTürkiyənin "Qalatasaray" klubunun prezidenti Duyğun Yarsuvat xəstəxanaya düşüb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, Yarsuvat Yeditepe Universitetində dərs keçərkən halı pisləşib. Yüksək şəkər səbəbiylə başı fırlanan klub prezidentinə ilk müdaxilə universitetdə edilib. "Qalatasaray" klubunun prezidenti daha sonra Yeditepe Universiteti Xəstəxanasına aparılıb. Klub prezidentinin hazırda vəziyyətinin yaxşı olduğu bildirilib. "Qalatasaray" prezidenti yoxlanışlardan keçib və nətitəcələr müsbət çıxıb. Ancaq buna baxmayaraq Yarsuvat bir müddət xəstəxanada saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31