Mini futbol çempionatı başladı
3 Mart 2015 17:12 İdmanMəktəblilərin Bakı şəhəri üzrə mini futbol çempionatına start verilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, AFFA tərəfindən təyin edilmiş hakimlərin idarə etdiyi yarışlar Bakı şəhərində yerləşən 15 məktəbin idman zalında keçirilir. Çempionatda paytaxtın 305 məktəbindən 3660 nəfər VIII sinif şagirdi iştirak edir. Rayondaxili yarışları əhatə edən və "Olimpiya" sistemi üzrə keçirilən birinci mərhələnin oyunları martın 8-də başa çatacaq. II mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunacaq. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaq. Çempionatın keçirilməsində məqsəd "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələri yerinə yetirmək, Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarını təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və yeniyetmələri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.