10 güləşçimiz Dünya Güləş Birliyinin reytinqində

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyasını açıqlayıb. AGF-dən "OLAYLAR"-a bildirilib ki, sərbəst güləşçilərimizdən 10 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə, son Dünya çempionatının qızıl medalçısı Hacı Əliyev (61 kq) və gümüş mükafatıçısı Xetaq Qazyumova (97 kq) məxsusdur. Hər iki güləşçimiz reytinqdə ikincidir. İlk onluqda Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq) və Şərif Şərifov (97 kq) da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31