"İnter" Sxadadzeyə əvəzləyici tapdı
3 Mart 2015 18:30 İdmanBakı "İnter"i bu gün Marino Pusiclə müqavilə imzalayıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, tərəflər arasında imzalanmış müqaviləyə əsasən, Pusic cari mövsümün sonunadək "İnter" komandasının baş məşqçisinin köməkçisi vəzifəsində çalışacaq. Mövsümün sonunda tərəflər arasında aparılan növbəti danışıqlar zamanı Pusicin baş məşqçi vəzifəsinə təyin olunması məsələsi müzakirə ediləcək. Razılıq əldə ediləcəyi təqdirdə, serb mütəxəssis "İnter"in yeni baş məşqçisi olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31