Məşhur ispan futbolçu “Qarabağ”da
3 Mart 2015 12:03 İdmanAğdamın "Qarabağ" Futbol Klubu 2015-ci ildə ilk transferini reallaşdırıb. Komanda ispan Dani Kintananı öz rənglərinə bağlayıb. O, "Qarabağ"da çıxış edəcək ilk prineyli kimi tarixə düşəcək. "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi İspaniyanın "Valensiya" klubunun yetirməsidir. Kariyerası ərzində bir çox ispan klublarında çıxış edən Daninin ulduzu Polşanın "Yagelloniya" klubunda parlayıb. Ötən mövsüm Polşa 1-ci liqasında 15 qol vuran yarım-müdafiəçi bu mövsümün başlanğıcında Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubuna transfer olunub.Mövsüm gedişində isə Ərəbistan klubu ilə yollarını ayırıb. Beləliklə Dani "Qarabağ"a azad trasnfer kimi keçib. Tibbi baxışdan uğurlar keçən ispaniyalı ilə 3 illik müqavilə bağlanılıb. Qeyd edək ki, FİFA-nın qaydalarına əsasən Kintana mövsüm ərzində iki klubda oynadığına görə bu mövsüm komandamızda forma geyinə bilməyəcək.