Tennisçilərimiz Azərbaycan birinciliyində
2 Mart 2015 14:27 İdmanMart ayının 2- dən başlayaraq " Şüa " İdman- Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart "Bədən Tərbiyəsi və İdman günü" nə həsr olunmuş gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilir. "OLAYLAR"-ın xəbərinə görə, yarışda respublikanın şəhər və rayonlarının yığma komandalarını təmsil edən 1997-99, 2000- ci il və azyaşlı idmançılar mübarizə aparırlar. Tədbirin keçirilməsində əsas məqsəd bu idman növünü təbliğ etmək və populyarlaşdırmaq , gənclərin stolüstü tennisə olan maraq və həvəsini artırmaq, eləcə də ölkədə bu idman növünü inkişaf etdirməkdir. Mart ayının 6 - dək davam edəcək tədbir komanda - şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun olaraq keçirilir.