Sərbəst güləşçilərimiz Minskə gedir
2 Mart 2015 12:10 İdmanMartın 6-7-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri keçiriləcək. AGF-dən "OLAYLAR"-a daxil olan məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edəcək. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 10 güləşçimiz turnirə yollanacaq. Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Ruhlan Məmmədov (hamısı 61 kq), Toğrul Əsgərov (70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 97 kq) və Əli Maqomedabirov (125 kq) yarışda qüvvəsini sınayacaq. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.