Türk azarkeşlər Avroliqanın tarixinə düşdülər
27 Fevral 2015 19:00 İdmanAvropa Liqasının 1/16 finalında dünən keçirilən "Beşiktaş" - "Liverpul" cavab matçında yeni rekord müəyyənləşib. Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Atatürk Olimpiya" stadionunda keçirilən qarşılaşmanı tribunadan 63 min 324 azarkeş izləyib. Bu, Avropa Liqasının tarixində mütləq rekorddur.
Qeyd edək ki, "Beşiktaş" "Liverpul"u penaltilər seriyasında 5:4 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31