“Real”ın futbolçusu: “Azərbaycan millisində oynayacağımı arzu edirəm”

Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov AFFA-nın rəsmi saytına açıqlama verib. "Millinin Ukraynanın "Şaxtyor" klubu ilə oyununu internet vasitəsi ilə canlı izlədim və bəyəndim. Belə bir milli komandada oynamaq arzusu ilə baş məşqçi Robert Prosineçkinin dəvətini səbirsizliklə gözləyirəm" - deyə E.İsrafilov qeyd edib. Qeyd edək ki, Eddi İsrafilov 1992-ci ilin avqustun 2-də İspaniyanın Roketas de Mar şəhərində doğulub. Atası anqolalı, anası isə azərbaycanlıdır. Hazırda icarə əsasında İspaniya La Liqasında mübarizə aparan "Qranada"nın heyətində çıxış edir. Müqavilə ilə "Real Mursiya" klubuna məxsusdur. 2015-ci ilin yanvarında Azərbaycan milli komandasında çıxış etməyə razılıq verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31