Simeone: "Nəticə daha pis ola bilərdi"

"Maraqlı oyun oldu. Hər iki komanda çoxlu qol epizodu yaratdı. Birinci hissədə qol vurmaq üçün şanslarımız daha çox idi. Ancaq bunu bacarmadıq. Məğlubiyyətə baxmayaraq, nəticədən məmnunam". Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeno Çempionlar Liqasının 1/8 finalında "Bayer"ə (Leverkuzen) səfərdə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib. "Almanlarla səfərdə oynamaq çətindir. "Bayer" güclü rəqibdir. Belə komandalara qarşı onlar qədər yaxşı oynamaq lazımdır. Nəticə daha pis ola bilərdi"- deyə o bildirib. D.Simeone futbolçusu Tiaqo Mendeşin ikinci sarı vərəqə alaraq meydandan qovulmasına da münasibət bildirib. O qeyd edib ki, hakim T.Mendeşi cəzalandıraraq düzgün qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31