Dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.

Olaylar.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcək.

Şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31