Ronaldonun heykəlini yandırdılar

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldonun heykəli yandırılıb.

Milli.Az   "Marca"ya istinadən xəbər verir ki, naməlum şəxs Madeyra şəhərində yerləşən heykəli yandırıb, qarşısında rəqs edib və bu sözləri deyib:

"Bu, Allahın son xəbərdarlığıdır".  

Hazırda həmin şəxsin kimliyi araşdırılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31