Paytaxtın bu küçəsində yanğın baş verib
20:59 HadisəFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub
Olaylar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31