"Koroğlu"da qəza oldu - Ölən var
19:44 HadisəBakıda ölümlə nəticələnən yol qəzası olub.
Olaylar.az lent.az-a istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb.
Sərnişin avtobusu idarəetmədən çıxaraq, digər nəqliyyat vasitələrinə çırpılıb. Nəticədə 74 yaşlı sərnişin Moçalova Anna Vasilyevna xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə rəğmən onu xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31