Ötən həftə 758 partlamamış hərbi sursat zərərsizləşdirilib
15:00 HadisəAzad olunan ərazilərdə dekabrın 22-dən 28-nə qədər 18 tank əleyhinə mina, 72 piyada əleyhinə mina, 758 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Olaylar.az xəbər verir ki, bu barədə ANAMA-nın azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 932,9 hektar ərazi minalardan təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31