Beş il ərzində işğaldan azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb
16:09 Hadisəİşğaldan azad edilmiş ərazilərdə 2020-ci ildə 8799 ədəd, 2021-ci ildə 19561 ədəd, 2022-ci ildə 12913 ədəd, 2023-cü ildə 8529 ədəd, 2024-cü ildə isə 6658 ədəd olmaqla, ümumilikdə 5 il ərzində 56460 ədəd mina zərərsizləşdirilib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin Dayanıqlı İnkişaf Məqsədləri statistik icmalında əks olunub.
Bunlardan 21122-si tank əleyhinə, 35338-i isə piyada əleyhinə minalardır.
2020-2024-cü illər ərzində Ağdam rayonunda 17030 ədəd, Füzuli rayonunda 15528 ədəd, Cəbrayıl rayonunda 8913 ədəd, Tərtər rayonunda 4253 ədəd tank və piyada əleyhinə minalar zərəsizləşdirilib.
İşğldan azad olunandan 2024-cü ilin sonunadək Xocalıda 27993 ədəd, Xocavənddə 15003 ədəd, Cəbrayılda 12304 ədəd, Xankəndidə 12038 ədəd digər partlayıcı sursatlar zərərsizləşdirilib.
2020-2024-cü illər ərzində işğaldan azad edilmiş ərazilərdə mina və digər partlayıcı sursatların təmizlənməsi nəticəsində ümumilikdə 179791,9 hektar sahə təhlükəsiz vəziyyətə gətirilib.