Səbaildə avtomobildə baş verən yanğının görüntüləri - VİDEO
12:59 HadisəBu gün gecə saatlarında paytaxtın Səbail rayonu, Xəqani küçəsində (Sahil bağının yaxınlığında) avtomobillərdən birində yanğın olub.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb
Bildirilib ki, dərhal ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə maneəsiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.
Yanğın qısa müddət ərzində söndürülüb.
Həmin yanğından görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31