Polis avtomobilinə SİLAHLI HÜCUM - Ölənlər var

Moskvanın cənubunda, Yeletskaya küçəsində baş verən partlayış nəticəsində iki polis əməkdaşı həlak olub, daha iki nəfər isə ağır xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın "112" və "Baza" Telegram kanalları məlumat yayıb.

Hadisənin başvermə səbəbi ilə bağlı versiyalar fərqlidir. "112" kanalının məlumatına görə, naməlum şəxs yol polisinə məxsus avtomobilə yaxınlaşaraq içinə naməlum qurğu olan paket atıb. "Baza" isə partlayışın birbaşa polis avtomobilinin yaxınlığında baş verdiyini iddia edir.

Məlumata görə, hadisə zamanı ərazidə olan bütün polis əməkdaşları yaralanıb. Onlardan ikisi aldığı xəsarətlərdən sonra ölüb, digər iki nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

"Shot" kanalının yaydığı məlumata əsasən, partlayışın baş verdiyi əraziyə əlavə partlayıcı qurğuların ola biləcəyi ehtimalı ilə kinoloji xidmətin əməkdaşları və itlər cəlb olunub. Ərazi hazırda ciddi nəzarət altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31