Liviya Baş Qərargah rəisinin olduğu təyyarə Türkiyədə qəzaya uğradı
23 Dekabr 23:22 HadisəTürkiyə ərazisində Liviya Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb.
Hadisə nəticəsində Ankaranın hava məkanı müvəqqəti olaraq bağlanıb.
Bildirilib ki, Falcon 50 biznes-jet təyyarəsi Ankaradakı Esenboğa aeroportundan havaya qalxaraq Tripoliyə yönəlmişdi. Təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib və dərhal paytaxtın hava məkanı bağlanıb. Yerli sakinlərin sözlərinə görə, qalxışdan dərhal sonra uzaqdan eşidilən boğulmuş partlayış səsi gəlib.
Təyyarədə ümumilikdə beş nəfər olub, onların arasında Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Haddad da vardı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31