Qəzada həyatını itirən hakim Baş Prokorurun böyük köməkçisinin həyat yoldaşıdır

Məlumat verdiyimiz, dünən axşam saatlarında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva avtoqəzada həyatını itirib.

Olaylar.az xəbər verir ki, Qanunla.az mərhum hakimlə bağlı başqa bir məlumat da əldə edib.

Belə ki, qəzada həyatını itirən hakim Baş Prokorurun böyük köməkçisi, baş ədliyyə müşaviri Ceyhun Hümbətovun həyat yoldaşıdır.

Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.

İlkin məlumata görə, A.Rzayevanın "Nissan" markalı avtomobili digər nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə hakim hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31