Moskvada sui-qəsd cəhdi – Rus general ağır yaralandı
10:58 HadisəBu gün səhər saatlarında Moskvanın Yasenevaya küçəsində baş verən avtomobil partlayışı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Rusiya KİV-i xəbər verir ki, partlayış zamanı avtomobildə yaralanan şəxs Rusiya Müdafiə Nazirliyinin Operativ Hazırlıq İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov olub.
56 yaşlı Sarvarov əvvəllər Çeçenistan (1992-2003), Ossetiya-İnquş konflikti, Suriya (2015-2016) və Ukrayna döyüş əməliyyatlarında iştirak edib.
Məlum olub ki, Sarvarovun 2013-cü il istehsalı "Kia Sorento" markalı avtomobili var. Məlumatlara görə, Sarvarov partlayışın baş verdiyi binada yaşayır.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb və hadisə yerində kriminalistlər işləyirlər. Bakıpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31