Boğazında çörək qalan şagirdi belə xilas etdilər - Anbaan görüntülər
18:40 HadisəBakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb.
Belə ki, şagird yemək zamanı boğazında çörək parçasının qalması nəticəsində boğulmağa başlayıb. Hadisə anında müəllimlər dərhal müdaxilə edib. Onlarla yanaşı, məktəbdə olan valideynlərdən biri də kömək göstərməyə çalışıb. Təcili tibbi yardım briqadası gələnədək məktəbin "Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə" komissiyasının üzvü olan valideyn vaxtında müdaxilə edərək şagirdin həyatını xilas edib.
Həmin görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31