Yekaterinburq məhkəməsi üç soydaşımızın həbs müddətini uzatdı
16:54 HadisəRusiyanın Yekaterinburq şəhərində yerləşən Verx-İsetski Rayon Məhkəməsi istintaqın vəsatətini təmin edərək üç azərbaycanlının həbs müddətinin uzadılması barədə qərar qəbul edib.
Olaylar.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, Əziz Abasov, Şahin Lalayev və Əhliman Gənciyev barəsində seçilmiş həbs-qətimkan tədbiri 2026-cı il martın 29-dək qüvvədə saxlanılacaq.
Məlumata görə, qərar istintaq orqanlarının müraciəti əsasında verilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxslərin və ya vəkillərinin mövqeyi barədə əlavə məlumat açıqlanmayıb.
Qeyd edək ki, sözügedən məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlılarla bağlı növbəti səs-küylü işlərdən biri kimi diqqət çəkir. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31